• Şb. Noy 23rd, 2024

“Şəhid ailələrinə, müharibə əlillərinə bundan sonra da ən ali səviyyədə qayğı göstəriləcək” – RƏY + FOTO

ByYenigun.news

May 3, 2022

“Müzəffər Ali Baş Komadan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biri şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin göstərilməsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat xatırladıb ki, Ramazan bayramı günlərində Prezident İlham Əliyev məhz şəhid ailə üzvlərinə, müharibə əlillərinə veriləcək yeni mənzil kompleksində iştirak edib:

“Bir daha müxtəlif ordenlərlə, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş şəhid Mahir Məmmədova yeni verilmiş mənzildə olub və onun ailə üzvləri ilə görüşüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə şəhid ailəsini ziyarət edərək bir daha onu nümayiş etdirdi ki, Azərbaycan dövləti hər zaman bu həssas təbəqədən olan insanların yanındadır və bundan sonra da onlara hər bir dəstək göstəriləcək. Eyni zamanda İlham Əliyev bir daha qeyd etdi ki, dövlət qurumlarının prioritet vəzifəsi kimi şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğı göstərilməsi müəyyənləşdirilib. Ümumilikdə, İlham Əliyevin tapşırığına əsasən, bu günə kimi 12 500 şəhid ailələrinin üzvləri və müharibə əlilləri mənzillərlə, yaxud fərdi evlərlə təmin olunub. Xüsusən mənzil-məişət proqramı Vətən müharibəsindən sonra daha da genişləndirilib. Təkcə 2021-ci ildə 3 000 mənzil təqdim edilib, postmüharibə dövründə isə 3 500 mənzil verilib. Eyni zamanda müharibə əlillərinə nəqliyyat vasitələrinin, bu kompleksdə daha 200 mənzilin, eləcə də 50 avtomobilin verilməsi nəzərdə tutulurdu ki, həssas təbəqədən olan bu kimi şəxslər bu günə qədər ümumilikdə 7 400 nəqliyyat vasitəsi ilə təmin edilib. Həmçinin onlara göstərilən xidmətlər, o cümlədən reabilitasiya mərkəzlərində onlara göstərilmiş xidmətlər, sosial ödənişlərinin təminatı istiqamətində həyata keçirilən tədbirlərlə bağlı deyə bilərəm ki, bu günə kimi bu kateqoriyadan olan 93 000 insan 100 000-dən çox sosial ödənişlərlə təmin edilib”.

C.Osmanov bildirib ki, onların məşğulluq proqramı da Azərbaycan dövlətinin hər zaman nəzarətindədir:

“Bu günə qədər 11 000 nəfər özünüməşğulluq proqramı ilə əhatə olunub. Digər bir tərəfdən onların ən müasir protezlərlə təminatı həyata keçirilir. Bir daha qeyd edirəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Ramazan günləri ərəfəsində şəhid ailələrini ziyarət etməsi və onların yanında olması onu göstərir ki, Azərbaycan dövləti hər zaman ən ali səviyyədə bu təbəqədən olan insanların – şəhid ailələrinin, müharibə əlillərinin yanındadır və bundan sonra da bu diqqət və qayğı göstəriləcəkdir. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır”.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir