Milli Məclisin iclasında iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə hesabatı müzakirəyə çıxarılıb.
Oxu.Az-ın məlumatına əsasən, hesabat təklif və suallardan sonra səsə qoyulub.
Hesabat qəbul edilib.
Bildirək ki, hesabatı daxili işlər nazirinin birinci müavini general-leytenant Seyfulla Əzimov təqdim edib.
O, deputatların suallarına və təkliflərinə yazılı cavab verəcək.
Aqşin Kərimov