• Ça. Avq 26th, 2025

Azərbaycanın xarici ölkələrdə neçə diplomatik nümayəndəliyi var? – RƏSMİ

ByYenigun.news

May 7, 2022

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyi, 15 xarici dövlətin konsulluğu akkreditə olunub.