Bir gün əvvəl Caliber.Az-ın Ermənistandakı desantı ilə bağlı reportaj paylaşmışdıq, orada jurnalistlərimiz “daşlar diyarı” ərazisində azərbaycanlıların tarixi-memarlıq irsinin dağıdılmasının nəticələrini qeydə almışdı.
Gözlənildiyi kimi, reportaj təkcə Azərbaycanda deyil, qonşu Ermənistanda da rezonans doğurub.
Caliber.Az-ın məlumatına görə, Ermənistan müxalifətinin əsas ruporlarından biri olan “Yerevan.Today” saytı jurnalistlərin İrəvana səfərinə həsr olunmuş materialı əsas səhifədə yerləşdirib.
“Dünən Caliber.Az-ın jurnalistlərinin Ermənistanda olması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, onlar Ermənistana ermənilərin Azərbaycanın tarixi-mədəni irsini necə məhv etdiyini Azərbaycan cəmiyyətinə göstərmək üçün gəliblər. Azərbaycanlı jurnalistlərin Ermənistanda çəkdiyi videolar artıq internetdə yayılıb. Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bu vaxt milli təhlükəsizliyi ikinci plana qoyaraq müxalifətçilərin təqibi ilə məşğuldur”, – deyə “Yerevan.Today”də qeyd edilib.
Eyni zamanda, erməni diasporunun sevimlisi olan isterik bloqer Mina Xaçatryan da Caliber.Az jurnalistlərinin Ermənistan ətrafında, sözün əsl mənasında, MTX-nin burnunun ucunda sərbəst hərəkət etmələrindən hədsiz narahatlığını bölüşüb.
“Polis erməniləri bükdüyü bir vaxtda Caliber.Az-ın jurnalisti tam sakit şəkildə respublikanı gəzir və reportajlar hazırlayır”, – deyə o yazır.
Yeri gəlmişkən, bəzi məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti artıq Caliber.Az jurnalistlərinin İrəvana səfəri ilə bağlı araşdırmalara başlayıb. Erməni çekistləri sözün əsl mənasında burunları ilə yer eşərək bizim buna necə nail olduğumuzu anlamağa çalışırlar.