• Ç. Noy 27th, 2024

Azərbaycanda dövriyyədən çıxarılmış narkotiklər tibbdə istifadə oluna bilər

ByYenigun.news

May 18, 2022

Azərbaycanda cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası hazırlanacaq.

Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəllənin tətbiqi barədə fərmanda dəyişiklik edib.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində bu qaydanı müəyyənləşdirmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir