• Ç. Noy 27th, 2024

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ

ByYenigun.news

May 19, 2022

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir

Belə ki, buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir