“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi bütün türk dünyasının qələbəsidir”.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.
Amreyev Şuşanın mədəni əhəmiyyətini xüsusilə vurğulayaraq, şəhərin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini xatırladıb.