• Ç. Noy 27th, 2024

Beynəlxalq ekspert: “İşğaldan sonra əraziləri bərpa etmək asan iş deyil”

ByYenigun.news

May 20, 2022

“İşğaldan sonra əraziləri bərpa etmək elə də asan iş deyil. Sahəsi Livan ərazisinə bərabər bir bölgənin bərpası digər ölkələr üçün də yaxşı nümunə olacaq”.

“Report” xəbər verir ki, bunu mədəni irs üzrə beynəlxalq ekspert Alessandro Byanki “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Hazırda sahəsi Livan ərazisinə bərabər bir bölgədəyik. Bu ərazi demək olar ki, tamamilə dağıdılıb”, – A.Byanki bildirib.

O, yenidənqurma prosesində mədəni irsin və tarixi yaddaşın saxlanılmasının vacibliyini vurğulayıb.

Ekspert nümunə kimi bombalardan qorunmaq üçün sığınacaqların saxlanıldığı Berlini misal göstərib:

“Buna tarixi yaddaşın saxlanılması deyilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir