• Ç. Noy 27th, 2024

Ekspert: “Hazırda ən çətin iş ərazilərin minalardan təmizlənməsidir”

ByYenigun.news

May 20, 2022

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ümumi prioritet olmalıdır”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və yaradıcılıq sənayeləri üzrə ekspert Terri Sandel “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Hazırkı məqamda ən çətin iş ərazilərin minalardan təmizlənməsidir. Azərbaycan və Ermənistan ümumi tarixə malikdir, bu səbəbdən ərazilərin minalardan təmizlənməsi ümumi prioritet olmalıdır. Bu, təhlükəsiz həyatın təmin edilməsi baxımından ən zəruri addım və prosesdir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir