Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.
“Report”un məlumatına görə, din xadimləri əvvəl rayonun Ağdam kəndində olublar.
Qonaqlar burada erməni vandallığının əyani mənzərəsini müşahidə ediblər. Onlara işğal dövründə Ağdamın ermənilər tərəfindən minalanması, hazırda da rayon ərazisində bu təhlükənin davam etdiyi barədə məlumatlar verilib.
Hazırda səfər davam edir.