• Ça. Noy 26th, 2024

Britaniyalı nazir: “Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır”

ByYenigun.news

May 22, 2022

“Azərbaycan və Ermənistan arasındakı məsələyə gəldikdə Böyük Britaniyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır”

APA xəbər verir ki, bunu Britaniyanın Cənubi Asiya və Şimali Afrika regionları üzrə dövlət naziri, Xarici İşlər nazirinin müavini Lord Tarıq Əhməd deyib.

O, bunları Lordlar Palatasında beynəlxalq məsələlərə həsr olunmuş debat zamanı Lordlar palatasının ermənipərəst mövqeyi ilə seçilən üzvü Baronessa Koksun təxribatçı sualına cavabında bildirib.

Nazir bildirib ki, Böyük Britaniya əldə edilən razılaşmaları və mədəni irsin qorunmasını dəstəkləyir.

“Mədəni irsin qorunması çox vacib bir məsələdir və biz təkcə həmin ölkələrlə deyil, həm də əsas məqsədi irs obyektlərinin qorunması olan UNESCO kimi beynəlxalq qurumlarla da birgə işləyirik”,- deyə Lord Tarıq Əhməd bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir