“Biz Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında keçirilən görüşü alqışlayırıq”.
Bu barədə ATƏT-ə sədrlik edən Polşanın bu qurumdakı daimi nümayəndəliyinin “Twitter” hesabında deyilir.
“Birbaşa dialoq münasibətlərin normallaşması və hərtərəfli sülh müqaviləsinin hazırlanması üçün şərtdir. Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə töhfə verməyə hazırıq”, – deyə tvitdə bildirilib.
We welcome the mtg between ?? and ?? facilitated by ??. Direct dialogue is a prerequisite to normalizing relations and preparing a comprehensive peace agreement.
We remain ready to assist efforts to guarantee a peaceful, democratic and prosperous future for the South Caucasus. https://t.co/ygKUuPJUMg
— Polish OSCE Chairmanship 2022 (@PLinOSCE) May 23, 2022