Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün keçirilən iclasda 100-dən çox, ümumilikdə keçirilən iclaslarda cəmi 600-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.
Könül Cəfərli