• Ça. Noy 26th, 2024

Kılıç: “Şuşada keçirilən iclasda əməkdaşlığın gələcək inkişaf planı razılaşdırıldı”

ByYenigun.news

May 23, 2022

“Şuşada keçirilən iclasda Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın vacib və aktual məsələləri müzakirə olundu, həmçinin əməkdaşlığın gələcək inkişaf planı razılaşdırıldı”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Akif Çağatay Kılıç bildirib.

Xatırladaq ki, mayın 22-si Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.

İclasda Azərbaycan parlamentinin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir