• Be. Noy 25th, 2024

Zaxarovadan Azərbaycan-Ermənistan danışıqlarına dair açıqlama: “Əgər Brüssel çox istəyirsə…”

ByYenigun.news

May 25, 2022

Moskva Brüsselin Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə kömək edəcəyini, geosiyasi oyunlar oynamayacağına ümid edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Biz Aİ-nin ən yüksək səviyyədə razılaşmaların icrası prosesinə qoşulmaq üçün davamlı cəhdlərini görürük. Əgər Brüssel çox istəyirsə, ümidvarıq ki, geosiyasi oyunlar oynamaq əvəzinə, onların həyata keçirilməsinə kömək edəcək”, – Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Bakı və İrəvandan olan tərəfdaşlara bütün istiqamətlərdə, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədin delimitasiyası və ictimai dialoqun qurulmasında hərtərəfli yardım göstərir.

Diplomat qeyd edib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, eləcə də bu prosesi təşviq etməkdir. Onun sözlərinə görə, əsas vəzifələrdən biri Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, davamlı sülhün bərqərar olmasıdır.

Mənbə: NEWS.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir