• Be. Noy 25th, 2024

Azərbaycan və Ermənistan XİN başçıları arasında yeni telefon danışığı istisna deyil

ByYenigun.news

May 26, 2022

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı idi”.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.

Onun sözlərinə görə, yeni telefon danışığının tarixi təyin edilməyib: “Lakin telefon danışığı istisna edilmir”.

C.Bayramov bildirib ki, Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik.

“Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir