Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə xoşbəxtlik və xalqınıza rifah arzularımı bildirməkdən böyük məmnunluq duyuram”.