Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Qətərin paytaxtı Doha şəhərindəki “Al Jaber Twin Tower” əkiz qüllələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Qətər Əmiri Şeyx Təmim Bin Hamad Al Taninin şəkilləri, ölkəmizin dövlət atributu olan bayraq, zəfər simvolumuz olan xarıbülbül loqosu və “Müstəqillik Gününüz mübarək” yazısı ilə işıqlandırılıb.
Səfirliyin təşəbbüsü ilə hazırlanan işıqlandırma dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında baş tutub.
Müstəqillik Günü münasibəti ilə baş tutmuş bu əlamətdar hadisə Qətərdə yaşayan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, Doha şəhərinin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.