“İki həftə əvvəl Rize-Artvin hava limanının açılışında qardaşım İlham Əliyevlə birlikdə iştirak etmişdik, bu gün də burada birlikdəyik”.
APA-nın xəbərinə görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti Nobel mükafatı laureatı Əziz Səncərə festivala qatıldığı üçün təşəkkür edib:
“Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşımızla azadlığında iştirak etdiyi torpaqların hər qarışına, Zəngəzura, Laçına, Şuşaya, Azərbaycanın hər bölgəsinə salamımı göndərirəm. Qardaşlığımızı Allah əbədi etsin!”
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün diplomatik əlaqələrin 30 illiyini böyük qürurla qeyd edirik:
“Diplomatik əlaqələrimiz 30 il əvvəl qurulsa da, tale birliyimiz tarixin dərinliyinə uzanır. Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub”.