“Kəlbəcərin və işğaldan azad edilmiş bütün ərazilərin ən böyük faciələrindən biri mina təhlükəsidir”.
“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcərə səfər çərçivəsində jurnalistlərə bildirib.
O, İsrailin minatəmizlənməsi işində Azərbaycana öz köməyini təklif etdiyini bildirib:
“Bəzi İsrail şirkətləri bu məsələdə öz təcrübəsini təklif etmək üçün Azərbaycana gəliblər”.
Diplomat şirkətlərin bu sahədə əməkdaşlıq üçün yaxşı imkanlar axtarışında olduqlarını əlavə edib.
“Bura ərazi baxımından İsrailin ərazisinin yarısı qədərdir. Bu səbəbdən çox böyük iş görülməlidir və biz bu işdə kömək etməyə hazırıq”, – İsrail səfiri deyib.