• Ç. Noy 27th, 2024

Şuşada Bakı Enerji Həftəsi çərçivəsində xüsusi sessiya keçirilir – FOTO

ByYenigun.news

İyn 4, 2022

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirilir.

“Report” xəbər verir ki, sessiyada 100-dən çox yerli və xarici nümayəndə iştirak edir.

Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxunub.

“Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf, BP-nin Regional prezidenti Qəri Counz, “Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin, “ACWA Power” şirkətinin investisiya direktoru Klayv Törtn iştirak edirlər.

Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Daha sonra Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələri, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir