“Bu gün Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiyanın keçirilməsi əhəmiyyətlidir və emosionaldır”.
Bunu “Report”a açıqlamasında bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
“Üç il əvvəl, 2019-cu ildə keçirdiyimiz xüsusi sessiya zamanı nə vaxtsa Şuşada da belə bir tədbir keçirmə xəyal idi. Bu gün isə bu, gerçəklikdir. Çox şadam ki, enerji müzakirələri Bakının hüdudlarından kənarda – Şuşada keçirilir. Ümid edirəm ki, bu, Şuşa da daxil olmaqla Qarabağın “yaşıl enerji zonası”na çevrilməsinə töhfəsini verəcək”, – deyə o qeyd edib.