• Ç. Noy 27th, 2024

“Yaşıl enerji” strategiyası Azərbaycana böyük dividendlər bəxş edəcək

ByVuqar Ferzeliyev

İyn 4, 2022

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev pandemiyanın yaratdığı ikiillik fasilədən sonra builki “Bakı Enerji Həftəsi”nin daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirdiyini qeyd etdi. Təqdirəlayiq haldır ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Dövlət başçısının Azərbaycanın bərpaolunan enerji potensialı haqqında ətraflı danışıb. Xəzər dənizinin Azərbaycan sektorunun bu sahədə potensialının 150 min meqavat, işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat təşkil etdiyi bildirilib. Bütün bunlar hazırda Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacağı, nəticədə nə qədər qaza qənaət ediləcəyi və ixrac olunacağı araşdırılır.
Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında düşməndən təmizlənən ərazilərimizdə “yaşıl enerji” zonası yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Ölkə rəhbəri bunun üçün böyük imkanların, habelə kifayət qədər geniş həcmdə su resurslarının mövcudluğunu vurğulayıb. Prezident İlham Əliyev, həmçinin xarici tərəfdaşları, investorları bu layihələrin gerçəkləşdirilməsinə cəlb etməyin, yerli şirkətlərə şərait yaratmağın önəmi barədə də dəyərli fikirlər səsləndirib.
Qətiyyətlə demək olar ki, Prezidet İlham Əliyevin elan etdiyi “Yaşıl enerji” strategiyası gələcəkdə ölkəyə böyük dividendlər gətirəcək.

Etibar Sadıqov, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir