• Bz. Noy 24th, 2024

Millət vəkili: “LIV Medical Group”un təcrübəsinin Azərbaycana gəlməsi təqdirəlayidir”

ByYenigun.news

İyn 29, 2022

“Türkiyənin dünyaca tanınmış tibb şirkəti olan “LIV Medical Group”un Azərbaycana gəlməsi  təqdirəlayiq hadisədir. Bu gün Azərbaycanda başlamış olan səhiyyə islahatlarının bəlkə də ən önəmli təkanverici addımlarındandır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov bu gün “Bona Dea” Beynəlxalq Xəstəxanası ilə “LIV Medical Group” tibb şəbəkəsi arasında imzalanan müqaviləyə münasibət bildirib.

O deyib ki, dünya və qardaş Türkiyənin səhiyyə tarixinə diqqət etdiyimiz zaman özəl xəstəxanaların, özəl sektorların həm də dövlət sektorları üçün stimul rolu oynadığını görürük:

“Bu, səhiyyə sektorunun daha effektiv, sürətli, inkişaf yolu keçməsinə vəsilə olur. İnkişafla yanaşı, özəl xəstəxanalarda həyata keçirilən yeniliklərə dövlət strukturları da uyğunlaşmağa çalışır. Dövlət qurumlarının da paralel sürətli inkişafı ölkədə səhiyyə xidmətinin səviyyəsinin artmasına səbəb olur. İstər həkim, istərsə də millət vəkili kimi belə addımları çox müsbət qiymətləndirirəm. Düşünürəm ki, “LIV Medical Group” tibb şəbəkəsinin beynəlxalq səviyyədəki təcrübəsinin Azərbaycana gəlməsi ölkəmizdə hər hansı xəstəlikdən əziyyət çəkən şəxslər üçün yeni müalicə imkanları yaratmaq deməkdir. Bu da özlüyündə tibbin inkişafı deməkdir”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir