Türkiyənin Marmaris şəhərində meşə yanğınlarını söndürməyə kömək məqsədilə göndərilən heyətin Azərbaycana yola salınma mərasimi keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabından paylaşım edib:
“Marmarisdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün ölkəmizə gələn azərbaycanlı və qətərli şəxsi heyət üçün Dalaman Hava Limanı Komandanlığımızda yolasalma mərasimi keçirilib və şəxsi heyətə verdikləri töhfələrə görə xatirə əşyası təqdim edilib”.
Marmaris’teki yangın söndürme çalışmalarına destek sağlamak amacıyla ülkemize gelen Azerbaycanlı ve Katarlı personel için Dalaman Hava Meydan Komutanlığımızda uğurlama töreni düzenlendi ve personele katkılarından dolayı anı objesi takdim edildi.#MSB pic.twitter.com/qgX8AJOrT1
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 29, 2022