• Şb. Noy 23rd, 2024

Uca dağlar qoynunda xoş güzəran bina edilir

ByVuqar Ferzeliyev

İyn 29, 2022
     Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, müqəddəs torpaqlarımızın bir hissəsi olan Kəlbəcərin  azad edilməsi Azərbaycan Ordusunun zəfər yolunda mühüm vəsilədir.  Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir. 
  İndi hamıya gün kimi aydındır ki, Kəlbəcər rayonunda bərpa-quruculuq işləri  uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Bütünlükdə Azərbaycan bu sahədə xeli mənfəət əldə edəcək ki, bu da vətəndaşlarımızı olduqca sevindirir və tərəqqi yolunda yeni uğurlara ruhlandırır. Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq.
  Prezident İlham Əliyev bu günlərdə Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi səfərlər bir daha göstərdi ki, biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
 Ölkənin durmadan artan maliyyə imkanları hesabına uğurla həyata keçirilən tədbirlər sübut edir ki, yeni layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Beynəlxalq əhəmiyyət kəsb edən layihələr region üçün həyati mahiyyət daşıyır və bu layihələrin xeyli qismi Kəlbəcər və Laçın  rayonlarının ərazisinin payına düşür.  İnanırıq ki, Prezidentimizin atdığı addımlar, xalqımızın səyləri sayəsində bu vəzifələr uğurla həyata keçiriləcəkdir. 
    Prezident Kəlbəcərə olan son səfərində qeyd edib ki, işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.

Anar Sadatov, Cəlilabad RİH əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir