• Şb. Noy 23rd, 2024

Azərbaycan və İran Araz su anbarının iş rejimini müəyyənləşdirib

ByYenigun.news

İyn 30, 2022

Araz su anbarının iş rejimi və Azərbaycan və İran arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanaraq, Protokol imzalanıb.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaydığı məlumatda deyilir.

Bu məsələlər Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycanın və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşündə müzakirə olunub. Görüş İranın Təbriz şəhərində keçirilib.

Bildirilir ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir