• C. Noy 22nd, 2024

Liviyalı parlamentari: “Azərbaycan Qoşulmama Hərəkatı ölkələrini fəal əməkdaşlığa çağırır”

ByYenigun.news

İyn 30, 2022

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına ev sahibliyi edən Azərbaycan digər ölkələri fəal əməkdaşlığa ruhlandırır”.

Bu barədə “Report”a Liviya Parlamentinin sədrinin müşaviri Əhməd Haşaş deyib.

“Liviya daha əvvəl Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü alqışlayırdı. Bu gün burada olmağımız bunu bir daha sübut edir. Liviya bu təşkilatın tamhüquqlu üzvüdür. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çox səmərəli olacaq. Bu, əsas hədəflərimizə nail olmağa kömək edəcək. Üstəlik, bu, həm də təşkilatın fəaliyyətini aktivləşdirən daha bir amil olacaq. Parlament Şəbəkəsinin qəbul etdiyi bəyannamə BMT-nin fəaliyyətinə də müsbət təsir göstərəcək. Bu, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı gücləndirəcək”, – liviyalı parlamentari vurğulayıb.

O bildirib ki, Azərbaycan təşkilatda çox fəaldır: “Məsələn, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrini sülh və demokratiya naminə fəal əməkdaşlığa çağırır”.

Ə.Haşaş Azərbaycanın Liviya üçün dost ölkə olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir