• Bz. Noy 24th, 2024

Qırğızıstanda ölkəmizə qarşı təxribat: Separatçıların filmi nümayiş olunacaq – FOTOFAKT

ByYenigun.news

İyl 7, 2022

Qırğızıstanda fəaliyyət göstərən Kino evində Azərbaycana qarşı təxribata yol verilib.

Belə ki, Kyrgyzcinema.com saytında Bişkekdə fəaliyyət göstərən kino evində iyulun 8-də “Si Le Vent Tombe” (“Əgər külək əsərsə”) filminin nümayiş olunacağı anons edilib.

Ermənilər tərəfindən çəkilən sözügedən filmdə isə hadisələr Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarında cərəyan edir. Film bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik hislərinin təbliğinə xidmət edir.  

Azərbaycana qarşı təxribat xarakterli nümayişin “Alliance Francaise Bishkek” tərəfindən təşkil olunduğu qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir