• Be. Noy 25th, 2024

“Prezident həmişə şəhid ailələrinə və qazilərə qayğı göstərib” – RƏY

ByYenigun.news

Avq 2, 2022

“Prezident İlham Əliyev qanunvericiliyin yaratdığı problemi həm şəhid ailələri, həm də Qarabağ əlilləri üçün “birdəfəlik ödəmə” ilə həll etdi. Bu, dövlət başçısının şəhid ailələrinə və qazilərə növbəti humanitar yanaşmasıdır. Biz bunu yüksək qiymətləndiririk”.

Bunu “Report”a açıqlamasında “Qarabağ qaziləri” İctimai Birliyi sədri Asəf Əliyev deyib.

Onun sözlərinə görə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarına sığorta pullarının verilməsi problem olaraq qalırdı:

“Bir neçə il əvvəl, hələ baş qazimiz Etimad Əsədovun sağlığında təşkilatımız “Şəhid Ailələri” İctimai Birliyi ilə birgə bu məsələni qaldırmışdı”.

A.Əliyev vurğulayıb ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə hər zaman humanist yanaşma ortaya qoyub. Təşkilat sədri söyləyib ki, Prezident İlham Əliyev müharibədə iştirak edən insanlara həmişə diqqət və qayğı göstərib:

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun yaratdığı problemi yaxından bilən təşkilat olaraq, “Qarabağ qaziləri” İctimai Birliyi adından bu humanitar addıma görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk. Biz – Qarabağ qaziləri həmişə olduğu kimi, yenə də Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Onun Azərbaycanımızın çiçəklənməsi, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində gördüyü bütün işləri dəstəkləyirik”.

A.Əliyev, eyni zamanda, bu işin başa gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib:

“Ümid edirik ki, bu işin icrasını həyata keçirəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesi uğurla başa çatdıracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir