“Qarabağda vəziyyətin gərginləşməsi fonunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycandan olan həmkarı İlham Əliyevlə hansısa danışıqları nəzərdə tutulmayıb”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Hazırda prezidentin cədvəlində belə danışıqlar yoxdur, lakin zərurət yaranarsa, danışıqların baş tutması üçün addımlar atıla bilər”, – deyə Peskov qeyd edib.
Mənbə: TASS