• Ça. Noy 26th, 2024

Cənubi azərbaycanlı güləşçi Azərbaycan səfirliyinə edilən hücumla əlaqədar idmançılara çağırış edib – FOTO

ByYenigun.news

Avq 5, 2022

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

28 yaşlı pəhləvan şəxsi “Instagram” səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

“Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq”, – sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.
O fikirlərini Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindən bu misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.

Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir