Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə Ankaraya yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında qeyd olunub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı
8 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə yola düşüb.— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) August 8, 2022