• Ç. Noy 27th, 2024

Türkiyə Suriyadan çəkilir?

ByYenigun.news

Avq 9, 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Soçidəki məlum görüşünün səs-sorağı, deyəsən, hələ çox gələcək. Belə ki, həm görüşdən əvvəl, həm də görüşdən sonra Soçidə iki lider arasında aparılacaq müzakirələr və uzlaşmalar barədə iddiaların, eyni zamanda proqnozların ardı-arası kəsilmir.

Qardaş ölkənin istər sosial şəbəkə seqmentində, istərsə də mediasında xüsusilə Suriya ilə əlaqədar fərqli iddialar gündəmə gəlib. Belə ki, buradakı maraqlı və düşündürücü iddialardan biri Türkiyə Silahlı Qüvvələrinin Suriyada Tel-Abyadın qərbindəki iki kənddəki bazalarını boşaltdığı, Soçi razılaşması çərçivəsində həmin kəndlərin rejimin nəzarətinə keçəcəyi ilə bağlıdır. 

Bəs bu iddiaların əsli necədir və nə qədər doğrudur?

Oxu.Az-a açıqlama verən Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) araşdırmaçısı, Yaxın Şərq məsələləri üzrə ekspert Can Acun bildirib ki, bu məsələ ilə bağlı mətbuatda mənşəyi bilinməyən xəbərlər tirajlanıb:

“Lakin sözügedən məsələ həqiqətə uyğun deyil. Çünki iddia Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən təsdiqlənməyib”.

C.Acun vurğulayıb ki, Bəşər Əsəd qüvvələrinin bölgəyə girəcəyini proqnozlaşdırmır:

“Müvafiq bölgə “Barış pınarı” əməliyyatı bölgəsidir və Türk Silahlı Qüvvələrinin nəzarəti altındadır”.

Aysel Aslanqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir