“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistanı birləşdirən yeni yolun tikintisi tələb olunur: sənədə əsasən, o, imzalanmadan sonra üç il ərzində tikilməli idi”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə deyib.
O, bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 20211-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq həll edilməli olduğunu təsdiqləyib.
“Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndi əsasında həll edilməli olan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətə də aiddir. Buna əsasən tərəflərin razılığı ilə yaxın üç il ərzində Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni marşrut xəttinin tikintisi, sonradan bu marşrutun qorunması üçün Rusiya sülhməramlı kontingentinin yenidən yerləşdirilməsi planı müəyyən ediləcək”, – deyə diplomat bildirib.
Mənbə: Kavkazskiy Uzel