“Qazaxın yeddi kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün DSX-nin 103 illiyinə həsr edilən hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:
“Belə ki, daha sonra bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.
Könül Cəfərli