ərazilərin bərpasına imkan verir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndində Azərbaycan Televiziyasına müsahibəsi işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin media vasitəsilə ölkə dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmli idi.
Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi, erməni vandalizminin iç üzünü bir daha açdı. Prezident azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi. Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi.
Lkəmizin dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam edir. Ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür.
Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.
Bizim də bir vətəndaş olaraq, hər birimiz Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördük. Bir daha inandıq ki, Qarabağı bir neçə il ərzində ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevirə biləcəyik.
Rza Əliyev, ziyalı