Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.
General-mayorlar Rəsul Tağıyev, Müzəffər Pirizadə və Elçin İbrahimova general-leytenant hərbi rütbələri verilib.
Rəsul Tağıyev 44 günlük Vətən müharibəsində Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşüb. O, Vətən müharibəsinin komandanlarından biridir.
Müzəffər Pirizadə 2019-cu ildə “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib. Bundan sonra isə o, DSX Sahil Mühafizəsinin rəisi vəzifəsinə təyinat alıb.
Elçin İbrahimova gəlincə, o, DSX Aparatının rəhbəridir.
Prezidentin sərəncamı ilə polkovniklər Zaur Niftullayeva, Natiq Abuzərliyə, Misir Əliyevə, Aqil Babayevə, Azad Abdullayeva və Vüsal Sultanova general-mayor rütbələri verilib.
Misir Əliyev və Vüsal Sultanov Vətən müharibəsinin iştirakçılarıdır.