• Bz. Noy 24th, 2024

Türkiyə XİN-dən Laçınla bağlı BƏYANAT

ByYenigun.news

Avq 26, 2022

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunuq”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir:

“Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan bu inkişaf, həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək.

Türkiyə indiyə qədər olduğu kimi bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir