Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp krallığın ölkəmizdə yeni təyin olunan səfiri Ferqus Aulda milli kulinariya ilə bağlı tövsiyə edib.
Bu barədə Ceyms Şarp “Twitter” səhifəsində yazıb.
“Mənim yaxın zamanda Azərbaycana gələcək Britaniyanın yeni səfiri Ferqus Aulda bir neçə məsləhətim var. Ferqus, mütləq bütün ləzzətli yeməklərin dadına bax”.
“Maraqlıdır, sən ən çox nəyi bəyənəcəksən?”, – səfir vurğulayıb.
Mənim yaxın zamanda Azərbaycana gələcək Britaniyanın yeni səfiri Fergus Auld–a bir neçə məsləhətim var. Fergus, mütləq bütün ləzətli yeməklərin dadına bax!
Maraqlıdır, sən ən çox nəyi bəyənəcəksən? pic.twitter.com/h3CprEZPtB
— James Sharp (@JamesSharpFCDO) August 26, 2022