“30 avqust Türkiyənin müstəqillik mübarizəsini qazandığı gündür. Türkiyə onun təhlükəsizliyinə qarşı təhdid törədən terror təşkilatları ilə mübarizəsini sona qədər davam etdirəcək”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, Türkiyə Silahlı Qüvvətləri yerli və modern silahları ilə dostda güvən, düşməndə qorxu yaradır:
“Zəfərlərimizdən aldığımız ilhamla ölkəmizin təhlükəsizliyinin tam olaraq təmin olunması üçün əlimizdən gələni edəcəyik”.
Aysel Aslanqızı