• Bz. İyl 20th, 2025

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq sənədi Milli Məclisdə müzakirəyə çıxarılır

ByYenigun.news

Sen 12, 2022

Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin təsdiqlənməsi gözlənilir.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı məsləyə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında baxılacaq.

Bildirək ki, komitənin gündəliyinə 7 məsələ daxil edilib.

Qeyd edək ki, bu ilin iyunun 21-də Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı adıçəkilən sənəd imzalanıb.

Sənədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imza atıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir