• C. Noy 29th, 2024

Biz  beynəlxalq hüquqa və qlobal təhlükəsizlıyə tərəfdarıq

ByVuqar Ferzeliyev

Sen 20, 2022

        Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 16 sentyabr tarixində keçirilmiş Sammitində Ermənistan tərəfindən  Azərbaycana qarşı törədilmiş genişmiqyaslı təcavüzkar və qanlı təxribatlar, yaranmış reallıqlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb.  O, qeyd edib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin qələbəmizlə həlli nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Təbii ki, söhbət ilk növbədə Zəngəzur dəhlizindən gedir. Bu dəhliz. Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.

       Dövlətimizin başçısı öz çıxışında Vətən müharibəsindən sonra regionda yaranan postmünaqişə reallıqlarına da toxunub. Bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

        Möhkəm əminik ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq uğurla həyata keçirməkdə davam edəcək.

Eyvaz Məmmədov,

ADPU Cəlilabad filialının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir