“Bu gün biz İran xalqı ilə həmrəyik”.
Oxu.Az-ın məlumatına görə bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Roş ha-Şana bayramı (yəhudilərin Yeni ili) münasibəti ilə özünün “Twitter” hesabında yazdığı təbrikində bildirib.
“Şana Tova! Azərbaycandakı və dünyadakı bütün dostlarımızın Yeni ili mübarək! 5783 il əvvəl ilk insan yaradılmışdır. Bu gün biz qeyd etdiyimiz dəyərlər – insanlıq, bərabərlik və azadlıq uğrunda mübarizə aparan İran xalqı ilə həmrəyik”, – deyə o bildirib.
Happy new year, Shana Tova to all our friends in Azerbaijan and around the world!
5783 years ago the first human was created. Today we stand in solidarity with the people of Iran who fight exactly for the values we celebrate today: humanity, equality and freedom.
???? pic.twitter.com/nWkUHOEjvK— George Deek (@GeorgeDeek) September 26, 2022
Qeyd edək ki, yəhudi təqviminə görə, Tişri ayının ilk günündə qeyd olunan Roş ha-Şana bayramı bu il 26 sentyabra təsadüf edir. Bir-birini “Şana Tova” (“Sizə yaxşı bir il olsun”) təbriki ilə başlayan bayramda adət üzrə hədiyyə mübadiləsi aparılır, uzaqda yaşayanlara isə açıqcalar və bağlamalar göndərilir.