• C. Apr 26th, 2024

İsrailin Azərbaycandakı səfiri: “İran xalqı ilə həmrəyik” – FOTO

ByYenigun.news

Sen 26, 2022

“Bu gün biz İran xalqı ilə həmrəyik”.

Oxu.Az-ın məlumatına görə bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Roş ha-Şana bayramı (yəhudilərin Yeni ili) münasibəti ilə özünün “Twitter” hesabında yazdığı təbrikində bildirib.

“Şana Tova! Azərbaycandakı və dünyadakı bütün dostlarımızın Yeni ili mübarək! 5783 il əvvəl ilk insan yaradılmışdır. Bu gün biz qeyd etdiyimiz dəyərlər – insanlıq, bərabərlik və azadlıq uğrunda mübarizə aparan İran xalqı ilə həmrəyik”, – deyə o bildirib.

Qeyd edək ki, yəhudi təqviminə görə, Tişri ayının ilk günündə qeyd olunan Roş ha-Şana bayramı bu il 26 sentyabra təsadüf edir. Bir-birini “Şana Tova” (“Sizə yaxşı bir il olsun”) təbriki ilə başlayan bayramda adət üzrə hədiyyə mübadiləsi aparılır, uzaqda yaşayanlara isə açıqcalar və bağlamalar göndərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir