“Müharibə dövründə Pakistan açıq şəkildə göstərib ki, o, Azərbaycanın, ədalətin və beynəlxalq hüququn tərəfindədir”.
“Report” xəbər verir ki, bunu Pakistanın Strateji Araşdırmalar İnstitutunun direktoru Xalid Mahmud Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
O, BMT qətnamələri ilə Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyini xatırladıb:
“Ən vacib məsələ ölkələrin ərazi bütövlüyüdür. Buna görə də işğal faktı qəbuledilməzdir. Odur ki, müharibə dövründə Pakistan Azərbaycanın tərəfində olduğunu açıq şəkildə göstərib”.