Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda görüşə bilər.
Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, ikitərəfli görüşün gündəliyi Ermənistan – Türkiyə əlaqələrinin nizamlanması prosesi olacaq.
Mənbə: “Hraparak”