• Be. Noy 25th, 2024

Lavrovun Azərbaycan-Ermənistan sərhədi ilə bağlı açıqlamasına düzəliş edildi – FOTO

ByYenigun.news

Sen 30, 2022

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin TASS agentliyinin dərc etdiyi məqalədə XİN rəhbəri Sergey Lavrovun “Dağlıq Qarabağda nizamlanma” üçün KTMT müşahidəçilərindən istifadə imkanı ilə bağlı açıqlama verdiyi iddiasına aydınlıq gətirib. 

Bundan əvvəl Azərbaycan KİV bu materiala diqqət çəkərək, nazirin sözlərinin yəqin ki, qeyri-dəqiq çatdırıldığını, söhbətin Qarabağın özündən deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəd zonasından getdiyini qeyd etmişdi.

Bununla bağlı Lavrovun çıxışının dəqiq stenoqramı Rusiya XİN-in saytında dərc olunacaq.

Sözügedən qeydə TASS-ın saytında artıq düzəliş edilib.

Mənbə: “News.ru” “Telegram” kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir