“Əgər Paşinyan Rusiyaya xəyanət edərsə, Azərbaycanı cilovlamaq lazım deyil”.
Bunu barədə rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko öz “Telegram” hesabında paylaşım edib.
O qeyd edib ki, Paşinyan de-fakto artıq bu xəyanəti edir.
“Əgər Paşinyan Rusiyaya xəyanət edərsə (de-fakto bu artıq baş verir), Azərbaycanı cilovlamaq lazım deyil. Buna ehtiyac yoxdur!” – deyə o bildirib.