• Be. Noy 25th, 2024

Prezident: “Sabah Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik”

ByYenigun.news

Sen 30, 2022

“Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar”.

Bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdə deyib.

“Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm”, – dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir